Bu gün Bakıda keçiriləcək Uels və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun oyununa 29 minə qədər bilet satılıb.
Bunu AzerTimes-a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.
O qeyd edib ki, yerli vaxtla saat 20:00-da baş tutacaq Uels-Türkiyə görüşünə hazırda bilet satışı davam etməkdədir.