Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyə, Azərbaycan, Qətər və Liviya ilə bağlı sosial mediada paylaşım edib.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, nazirlik uğurla keçirilən EFES-2024 təlimindən dörd ölkənin ordularından olan əsgərlərin fotosunu paylaşıb.
“Dostlara güvən, düşmənə qorxu” qeydi ilə paylaşılan fotolar böyük marağa səbəb olub.