Türkiyə Şərq və Qərblə əlaqələri eyni vaxtda inkişaf etdirmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Ankara nə AB-nin, nə də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xeyrinə seçim etmir:
“Türkiyə həm Şərqlə, həm Qərblə münasibətləri eyni vaxtda inkişaf etdirsə, güclü və hörmət edilən ölkəyə çevrilə bilər. İstənilən başqa yol Türkiyəyə zərər verəcək. Bəzilərinin iddia etdiyi kimi, biz AB və ŞƏT arasında seçim etmirik”.