Türkiyənin 40 vilayətində polis əməliyyat keçirib, 35 hərbçi saxlanılıb

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Türkiyənin 40 vilayətində polis əməliyyatları keçirilib.

AzerTimes-in “Yeni Şafak” qəzetinə istinadən məlumatına görə, əməliyyatlar zamanı FETÖ terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 185 nəfər, o cümlədən 35 hərbçi saxlanılıb.

Əməliyyat zamanı polis 10 ədəd odlu silah müsadirə edib.


Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunur.