Ukraynanın təhlükəsizliyi bizim ən mühüm tələbimizdir.
Trend-in məlumatına görə, bu barədə
jurnalistlərə açıqlamasında Ukrayna nümayəndə heyətinin rəhbəri
David Araxamiya deyib.
O, Türkiyəni Ukraynanın təhlükəsizliyinin qarantı olaraq görmək
istədiklərini qeyd edib.
“Ukraynanın gələcəyi haqqında indidən düşünməliyik. Biz NATO-ya
daxil olmayacağıq, lakin Aİ-dən əl çəkməyəcəyik. Razılaşmada heç nə
Aİ-yə daxil olmağa mane olmayacaq”, – deyə o əlavə edib.