Türkiyəni bu məsələdə dəstəkləyən yeganə ölkəyik – Yunan nazir

Türkiyəni bu məsələdə dəstəkləyən yeganə ölkəyik – Yunan nazir

Türkiyənin Avropa perspektivini dəstəkləyən yeganə ölkə Yunanıstandır.

AzerTimes xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Nikos Dendias deyib.

O bildirib ki, qonşuya kömək əlini uzatmaq üçün hər cür təşəbbüs göstərirlər:

“Ancaq Türkiyə Liviya ilə münasibətlərdə səhvlərə yol verdi. Bununla da bir neçə il yunan-türk münasibətlərini təhlükəyə atdılar”.

XİN başçısı iddia edib ki, Türkiyənin Yunanıstanı təxribatda ittiham etməsi gülüncdür.

Ankaranın Liviya ilə imzaladığı enerji müqaviləsinə toxunan Dendias bildirib ki, Türkiyə bu şəkildə öz qaydalarını təyin edə bilməz.

Teqlər: