Türkiyəliyə İrəvanda 9 ay həbs verildi və… azad edildi

Türkiyəliyə İrəvanda 9 ay həbs verildi və… azad edildi

Ermənistanla sərhədi icazəsiz keçən Türkiyə vətəndaşına 9 aylıq həbs cəzası verilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan məhkəməsi açıqlama yayıb.

Bildirilib ki, Atal Bilal 8 yanvarda axşam saatlarında sərhədi keçib və sərhədçilər tərəfindən saxlanılıb.

Məhkəmə ona 9 ay iş kəsib və cəzanın 8 yanvardan hesablanması qərarını verib. Kəsilən cəzanın istintaq müddətində bitdiyi nəzərə alınaraq, o, məhkəmə zalından azad edilib.

Teqlər: