Türkiyəli TIR sürücüsü qarət olunub? – DİN-dən açıqlama

Türkiyəli TIR sürücüsü qarət olunub? – DİN-dən açıqlama

Türkiyəli TIR sürücüsü Mustafa Göçer adlı şəxs ona qarşı soyğunçuluq hadisəsi baş verdiyini iddia edib.

AzerTimes xəbər verir ki, Mustafa Göçer 12 avqust tarixində gecə saatlarında Kürdəmir rayonu yaxınlığında bir qrup naməlum şəxslər tərəfindən saxlanılaraq döyüldüyünü və qarət olunduğunu deyib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov saytımıza açıqlamasında bildirib ki, hadisə ilə bağlı daxili işlər orqanlarına heç bir müraciət daxil olmayıb:

Rəsmi şəkildə müraciət daxil olduğu təqdirdə hadisə araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək”.

Teqlər: