Türkiyəli tanınmış basketbolçu 34 yaşında öldü

Türkiyəli tanınmış basketbolçu 34 yaşında öldü

Türkiyə millisinin sabiq basketbolçusu İlkan Karaman vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, 34 yaşlı idmançı avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, karyerası ərzində “Fənərbağça”, “Beşiktaş” kimi klubların şərəfini qoruyan Karaman son mövsümü “Çayırova Belediye”sinin heyətində keçirib. O, 2013-cü ildə ilk dəfə Türkiyənin əsas millisinin formasını geyinib.

Teqlər: