Türkiyəli sənətçilərdən Azərbaycana başsağlığı

Türkiyəli sənətçilərdən Azərbaycana başsağlığı

Türkiyənin tanınmış simaları Hadisə, Demet Akalın və Özcan Dəniz şəhidlərimizlə bağlı Azərbaycana başsağlığı veriblər.

AzerTimes xəbər verir ki, bu barədə məşhurlar sosial şəbəkə hesablarında paylaşım ediblər.

Müğənni Hadisə “Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə tez bir zamanda şəfa diləyirəm” deyə qeyd edib.

Özcan Dəniz isə “Can Azərbaycan, başın sağ olsun. Dərdinizə həmrəyik. Şəhidlərimizə rəhmət, bütün Azərbaycan xalqına isə səbir arzulayıram…” yazıb.

Qeyd edək ki, sentyabrın 16-da Özcan Dəniz Azərbaycanda baş tutacaq konsertini də təxirə salıb.

Teqlər: