Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fateh Kacırın avtomobil karvanı qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə dünən gecə saatlarında Şanlıurfa-Diyarbəkir yolunun Kabahaydar qovşağında baş verib.
Qəza nəticəsində Milli Yol Partiyasının Şanlıurfa vilayəti üzrə sədri Mehmet Kolkara həlak olub, daha 6 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.