Türkiyəli nazirdən Zəngəzur mesajı: 2 alternativ var

Türkiyəli nazirdən Zəngəzur mesajı: 2 alternativ var

Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu “Hürriyyət”ə müsahibəsində bildirib.

“Ermənistandan keçən bu marşrutun uzunluğu 43 kilometrdir. Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər. Rəsmi Bakının bununla bağlı Tehranla təmasları var. İki alternativ mövcuddur və bunların hər ikisi hazırda masadadır”, – nazir vurğulayıb.

O bildirib ki, Azərbaycan tikinti işlərini davam etdirir:

“Naxçıvan və bizim tərəf üçün tender keçirilib. 106 kilometrlik yolun bərpası, yaxud yenidən qurulması danışıqlar mövzusudur”.

Teqlər: