Türkiyənin mədəniyyət və turizm naziri Məhməd Nuri Ərsoy sabah Bakıya səfər edəcək.
AzerTimes Report-a istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşəcək. Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq sazişinin imzalanacağı nəzərdə tutulur.
Bununla yanaşı, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüş keçiriləcək.
Məhməd Nuri Ərsoy, həmçinin COP29 çərçivəsində keçiriləcək iclaslarda iştirak edəcək.