Türkiyəli nazir İran sərhədinə gəldi

Türkiyəli nazir İran sərhədinə gəldi

Türkiyə daxili işlər naziri Süleyman Soylu Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi və Avropa Birliyinin (AB) Türkiyədəki nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrut ilə birlikdə Türkiyə-İran sərhədində gəlib.

AzerTimes xəbər verir ki, nazir sərhəddə AB rəsmiləri ilə birlikdə divarın inşası işlərinə, sərhəddəki təhlükəsizlik yoluna, Tendyürek dağına baxış keçirib.

S.Soylu həmçinin sərhəd zastavalarındakı vəziyyət, hərbi texnikaların durumu ilə maraqlanıb.

Ardınca rəsmilər görülən işlər, sərhəddəki hazırki situasiya ilə bağlı mətbuata açıqlamalar veriblər.

Teqlər: