Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri ilə görüşümüzdə məni ölkələrinə dəvət etdilər. İlk səfər edəcəyim ölkə Azərbaycan olacaq.
AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.
Səfərin yaxın vaxtlarda həyata keçiriləcəyi gözlənilir.