Türkiyəli məşhur rejissor: Bakıda başqa bir ruh var

Türkiyəli məşhur rejissor: Bakıda başqa bir ruh var

Türkiyənin məşhur rejissoru Semih Kaplanoğlu Bakıda YARAT Müasir İncəsənət Mərkəzində azərbaycanlı rejissor və tələbələrlə bir araya gəlib.

AzerTimes xəbər verir ki, Semih Kaplanoğlu çıxışında bu sözləri deyib:

“Bakıda başqa bir ruh var, bəlkə də bu itirdiyimiz ruhdur. Bunu anlamaq üçün burada daha çox olmalıyıq. Bir fikrin necə filmə çevrildiyi haqqında danışmaq istədim. Kino peşə deyil. Bəzən filmi pambıq çubuqlarına çevirib yaşatmaq lazımdır”.

Rejissor Qarabağ zəfərimizdən də danışıb:

“Mənim üçün Azərbaycan Qarabağ demək idi. Orada gördüklərimiz və o dünya haqqında bildiklərimiz məhdud idi. Sonra məndə başqa fikirlər formalaşdı. Bura gələndə başqa bir şey gördüm. Burada özünü qoruyan bir dünya var. Burada hər filmi ilk film kimi görürəm”.

Qeyd edək ki, Semih Kaplanoğlu Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Turizm və Mədəniyyət Nazirliyi və Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilatçılığı ilə “Bakı Türk Filmləri Həftəsi” çərçivəsində ölkəmizdə qonaqdır.

Teqlər: