Türkiyəli tanınmış futbol hakimi Mete Kalkavan karyerasını bitirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
“Kalkavan “Hakimlər Akademiya”ında VAR təlim cavabdehi vəzifəsinə təyin edilib. Ona xidmətlərinə görə təşəkkür edir və yeni vəzifəsində uğurlar arzulayırıq”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, M.Kalkavan 2017-ci ildə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan “Qarabağ”- “Samtredia” (Gürcüstan) oyununun baş hakimi olub.