Türkiyəli məşhur aktyor Şener Kökkaya 82 yaşında dünyasını dəyişib.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sosial media hesabında məlumat paylaşılıb.
Məlumata görə, sənətçi 20 iyul tarixində vəfat edib.
“Mərhuma Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına başsağlığı veririk”, – deyə bildirilib.
Qeyd edək ki, Şener Kökkaya “Organize İşler”, “Vizontele”, “Vizontele Tuuba” kimi filmlərdə çəkilib.