Türkiyəli iş adamının müəmmalı qətli…

Türkiyəli iş adamının müəmmalı qətli…

Türkiyənin Balıkəsir vilayətinin Bandırma ilçəsində tanınmış iş adamı Məhməd Okyayın ofisdə meyiti tapılıb.

AzerTimes xəbər verir ki, 72 yaşlı biznesmenin başından güllə yarası aldığı müəyyən edilib.

Belə ki, ətrafdakılar ofisin pəncərəsinin qırıldığını görüb, polisə xəbər veriblər.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları məkanda araşdırma aparıb.

İlkin versiyaya görə, M.Okyay tapançadan atəş açmaqla intihar edib. Faktla bağlı istintaq başladılıb.

Teqlər: