“Aydınspor 1966” həvəskar futbol klubunun prezidenti, türkiyəli iş adamı Affer Bacaksız Aydında evində ölü tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, iş adamı şəhərin Qurtuluş məhəlləsi, Adnan Menderes bulvarı ünvanında yaşayırmış. Uzun müddət ondan xəbər almayan yaxınları 112 təcili çağırış mərkəzinə zəng vurublar. Hadisən yerinə polis və tibbi heyət cəlb olunub. Affer Bacaksız evində ölü vəziyyətdə aşkar edilib.