Türkiyəli futbolçu avtomobil qəzasında həlak olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyəli futbolçu, “Konyaspor”un müdafiəçisi Əhməd Çalık avtomobil qəzasında həlak olub.

Trend-in məlumatına görə, 27 yaşlı futbolçu Ankarada avtomobilin idarəetməsini itirərək qəza törədib və nəticədə avtomobil aşıb.

Futbolçu hadisə yerində dünyasını dəyişib.


Qeyd edək ki, 2020-ci ildən “Konyaspor”da çıxış edən Ə.Çalık 2017-2020-ci illərdə “Qalatasaray”ın heyətində çıxış edib və iki dəfə Türkiyə çempionu olub. Bundan başqa, o, Türkiyə kubokunun və Superkubokunun sahibi olub.

Teqlər: