Xəbər - Çingiz Səfərli – Trend:
“Atalarımız “Dost çətin gündə tanınar” deyib. Can Azərbaycandan gələn dostlarımızın varlığı bizə ruh yüksəkliyi və güc verdi”.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Dənizli üzrə millət vəkili Şahin Tin deyib.
O, yanğınların söndürülməsinə dəstək verdikləri üçün azərbaycanlı yanğınsöndürənlərə təşəkkür edib:
“Həm meşələrimizdəki yanğına, həm də könüllərimizə su səpirlər. Belədir bizim qardaşlığımız. Bu səbəbdən iki dövlət, bir millətik. Allah birliyimizi pozmasın”.
Qeyd edək ki, Muğla şəhərinin Köyceyiz rayonunda iyulun 29-da başlayan meşə yanğını Dənizli şəhərinin Beyağac rayonunun 5 kilometrliyinə qədər yaxınlaşıb. Yanğınların başladığı ilk günlərdən Azərbaycan Türkiyənin yanında olduğunu ifadə edib və yanğınla mübarizə üçün canlı qüvvə və texnika göndərib.
Twitter:@cingizsafarli