Türkiyəli gənc turistin və blogerin İrəvandan paylaşdığı videolar Ermənistan mediasında həyəcanlı reaksiyalar doğurub.
AzerTimes xəbər verir ki, türkiyəli gənc Teleqram kanalında bir neçə görüntü yayıb. Videoların birində kilsə fonunda Türkiyə bayrağı əks olunan futbolkada gəzdiyini və “heç bir Allah qulunun da kəc baxa bilmədiyini” deyir, digərində ermənilərin Ağrı dağını izləməsini “saşma” adlandırır və s.
Ən maraqlısı isə ermənilərin qondarma soyqırım abidəsində “Bozqurd” işarəsi tutması və bozqurd ulartısıdır.
Bloger qondarma soyqırım abidəsini də “Ermənistanın ən böyük teatrı” adlandırıb.
Qeyd edək ki, bu paylaşımlar Ermənistanda rezonans doğurub və erməni mediası bunu iki gündür gündəmdə saxlayır.