Türkiyə astronavt Alpər Gezeravcının ilk əlaqəsinin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olacağı gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, Gezeravcı Beynəlxalq Kosmik Stansiyadakı missiyası zamanı Türkiyə ilə ən azı 7 dəfə əlaqə saxlayacaq. Astronavt həmçinin ailəsi və Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır ilə də danışacaq.