Türkiyədən yunanlara: Anadoluda nə işiniz var idi?!

Türkiyədən yunanlara: Anadoluda nə işiniz var idi?!

Yunanıstan rəsmilərinin Pontus iddialarını tamamilə rədd edirik. Reallıqdan və məntiqdən uzaq bu iddialar tarixi həqiqətləri təhrif etməkdən başqa bir şey deyil.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

“100 il öncə ilə bağlı xəyallar quranlar əvvəlcə güzgüyə baxmalıdırlar. Bu baxımdan yunan siyasilər təbəəsi olduqları Osmanlı dövlətində üsyan etdiyi müddətdə Tripoliçedə və 1919-1922-ci illər arasında Anadolunu işğal etməyə cəhd edən əcdadlarının qan donduran vəhşilikləri ilə üzləşməli, həm də Anadoluda nə işlərinin olduqlarını söyləməlidirlər”, – deyə MMN-nin məlumatında deyilir.

Qeyd edək ki, yunan mənbələrinin Pontus iddialarına görə, Türkiyənin Qara dəniz bölgəsində, Şimali Anadoluda yaşamış yunanlar 1919-1923-cü ildə türklər tərəfindən məhv edilib. İddialara görə, burada yunanların sayı 360 mini ötürdü. Bu iddialar elmi olaraq təsdiqini tapmayıb.

Teqlər: