Qəzza zolağında mövcud böhran həll olunmazsa, regionda daha böyük müharibəyə səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-ə müsahibəsində deyib.
“Bizim qarşımızda iki seçim var: Ya böhran həll olunacaq və uzunmüddətli sülhə gətirib çıxaracaq, ya da bizi dəhşətli alternativ gözləyir – regionda uzun və genişmiqyaslı müharibə və qeyri-sabitlik”, – deyə H.Fidan bildirib.