Türkiyə Ukraynada türk iş adamları və banklarına qarşı başlayan kampaniya ilə bağlı Kiyevdən açıqlama tələb edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti məlumat yayıb.
“Ukrayna türk şirkətlərinə və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmək üçün kampaniya aparır. Türkiyə tərəfi öz sərt reaksiyasını Ukrayna tərəfinin diqqətinə çatdırıb və bununla bağlı dəqiqləşdirmələr tələb olunub. Türkiyənin Kiyevdəki səfirliyi də analoji təşəbbüslə çıxış edib, bu məsələ yaxından izlənilir”, – məlumatda deyilir.