Türkiyədən Rusiyaya xəbərdarlıq: Öhdəliyə əməl et!

Türkiyədən Rusiyaya xəbərdarlıq: Öhdəliyə əməl et!

Suriyada terrorçulara yer yoxdur. Biz baş verənlərə qarşı laqeyd və hərəkətsiz qalmayacağıq.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, separatçı terror təşkilatı üzvlərinin Suriya torpaqlarından çıxarılması ilə bağlı həm ABŞ, həm də Rusiya müqaviləyə imza atıb və onlar razılaşmaya əməl etməlidir:

“Son vaxtlar Suriyanın xüsusən Tel Abyad və Menbiç bölgələrində təcavüz və hücumlar çoxalıb. O yer az qala terror yuvasına və yatağına çevrilib. Biz belə hücum cəhdlərinə həmişə cavab vermişik. Bundan sonra da verəcəyik”.

Teqlər: