Türkiyədən Rusiya şirkətlərinə qadağa!

Türkiyədən Rusiya şirkətlərinə qadağa!

Rusiyaya məxsus bir neçə şirkət ikinci dərəcəli sanksiyalara məruz qalmamaq üçün Türkiyəyə müraciət etsə də, rədd cavabı alıblar.

AzerTimes xəbər verir ki, bu barədə “Moskva Tayms” qəzeti məlumat yayıb.

“Sanksiyalardan yan keçmək və yüksək texnologiyalı məhsulları Türkiyə üzərindən Rusiyaya gətirmək istəyən rus idxalçıları türk vasitəçilər tərəfindən rədd edilir. Böyük logistika şirkətindən verilən məlumata görə Türkiyəyə yarımkeçirici və tranzistor məhsulları göndərildikdə, “Rusiyaya təkrar ixrac qadağandır” ifadəsi işlədilib.

Bundan başqa, “Şalt” logistik şirkətinin direktoru Nikita Kazarinov açıqlamasında bildirib ki, Türkiyə üzərindən Rusiyaya təyyarələrin ehtiyat hissələrini gətirməyimizə qadağa qoydular”, – qəzet yazır.

Teqlər: