Türkiyə Baş Prokurorluğu İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarıb.
AzerTimes xəbər verir ki, Baş Prokurorluğun tələbi ilə Ankara 5-ci Sülh Cəza Məhkəməsi şübhəli Mərcan haqqında həbs qərarı çıxarıb.
Həmçinin, Türkiyə Baş Prokurorluğu bu il bəzi Avropa ölkələrində Məhəmməd peyğəmbəri və dini dəyərləri təhqir edənlər, həmçinin Quranın yandırılması ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, iranəsilli Bəhrami Mərcanın dünən Stokholmda polisin iştirakı ilə Quranı yandırdığı müəyyən edilib.