Türkiyədən qırğız və taciklərə çağırış

Türkiyədən qırğız və taciklərə çağırış

Qırğızıstan – Tacikistan sərhədindəki son hadisələri narahatlıqla izləyirik.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Biz Qırğızıstan-Tacikistan sərhədində baş verən son hadisələrdən narahatıq. Ümid edirik ki, iki dost və qardaş ölkə arasındakı bu gərginlik hər hansı bir kəskinləşməyə səbəb olmadan tez bir zamanda sona çatacaq və problemlər dialoqla sülh yolu ilə həll olunacaq”, – deyə bildirilib.

Qeyd edək ki, son məlumata görə, Tacikistan tərəfinin Qırğızıstan ərazisini atəşə tutması nəticəsində 24 nəfər ölüb.

Teqlər: