Türkiyədən Qərb kəşfiyyatına yeni tələb

Türkiyədən Qərb kəşfiyyatına yeni tələb

Qərb kəşfiyyat təşkilatları Ankaraya müvafiq məlumat vermədən artıq Türkiyədə əməliyyat keçirə bilməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti adının açıqlanmasını istəməyən diplomata istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bir müddət əvvəl “çox əlamətdar hadisə” baş verib:

“Bəzi Qərb kəşfiyyat təşkilatlarına Türkiyədə iş görmək imkanı verilib, onlar icazəsiz ölkəyə gəlib-gediblər. Məsələn, Qərbin kəşfiyyat təyyarəsi gəlir, bir müddət qalır və sonra geri dönür. Lakin onlar təyyarədə nəyin, kimin olduğu və nə işlə məşğul olduqları barədə heç bir məlumat verməyiblər. Ankara Türkiyənin milli mövqeyinə uyğun olaraq bəyan edib ki, bu cür əməliyyatlar, gəliş-gedişlər müvafiq məlumat verilmədən (Türkiyə tərəfinə) həyata keçirilə bilməz”.

Mənbə vurğulayıb ki, Qərb xüsusi xidmət orqanlarının reaksiyası sərt olsa da, Ankara öz prinsipial mövqeyində qalıb:

“Əvvəlcə onlar (Qərb kəşfiyyat orqanları) sərt reaksiya verdi. Onlar şayiə yaratdılar ki, bu, İrana dəstək deməkdir. Amma bu, əbəs yerə idi. Çünki Türkiyə müstəqil dövlət olaraq milli mövqeyini nümayiş etdirdi. Ankara onlara dedi ki, bir iş görəcəksinizsə, məlumat verəcəksiniz”.

Teqlər: