2021-ci ilin yanvar-noyabr aylarında Türkiyə vətəndaşlarının işə düzəlmə məqsədi ilə Qazaxıstana səfərlərinin sayı 10 dəfə azalıb.
Bu barədə AzerTimes-a Türkiyə Məşğulluq Xidmətinin Baş İdarəsindən (İŞKUR) bildiriblər.
Bu dövr ərzində İŞKUR xətti ilə Qazaxıstana səfər edən Türkiyə vətəndaşlarının sayı ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 31,4 dəfə azalaraq 351 nəfər olub.
Ümumilikdə hesabat dövründə İŞKUR vasitəsilə 13 171 Türkiyə vətəndaşı xaricə səfər edib ki, bu da 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 29,9 faiz çoxdur.
Noyabrda İŞKUR xətti ilə 121 193 Türkiyə vətəndaşı işlə təmin olunub. İşaxtaranların 98,9 faizi özəl sektorda işə düzəlib
2021-ci ilin noyabr ayında Türkiyədə işsizlərin sayı 3,182 milyon nəfər olub ki, bunun da 49,4 faizini qadınlar, 50,6 faizini kişilər təşkil edib.