Türkiyədən Qarabağ zəfəri ilə bağlı açıqlama

Türkiyədən Qarabağ zəfəri ilə bağlı açıqlama

Türk dünyası yenidən birləşərək yeni bir üfüq açır.

AzerTimes xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, son illərdə Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və digər türk dövlətlərində, xüsusən də Özbəkistanda baş verən proseslər nəticəsində türk dünyasının birlik və həmrəyliyi, sadəcə, fürsət olmaqdan çıxıb, indi strateji zərurətə, böyük yeni səhifəyə, yeni siyasi üfüqə çevrilib:

“Xüsusilə, son dövrdə bir araya gəlsək, birlikdə hərəkət etsək, strateji imkan və imkanlarımızı birləşdirsək, nələrə nail ola biləcəyimizi göstərən 44 günlük Qarabağ zəfəri türk dünyası üçün çox mühüm qürur və ümid mənbəyi oldu. Qarabağ zəfəri təkcə Türkiyə və Azərbaycanda deyil, bütün türk dünyası və Orta Asiyada ürəkdən qeyd edilir”.

Teqlər: