PKK hər bir ölkənin təhlükəsizliyinə təhdiddir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Türkiyə PKK terror təşkilatına bağlı şəxslərin Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) binasına zorla daxil olaraq təşkilatın simvolları ilə terror təbliğatı aparmaq cəhdini qəbuledilməz hesab edir”, – XİN-in bəyanatında qeyd olunub.
Türkiyə XİN PKK-nı maliyyələşdirmə, yeni üzvlər cəlb etmə və təbliğat aparma səylərinə son qoymağa çağırıb.