Pakistanın şimal-qərbində Xeybər-Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonunda bu gün törədilən terror aktı nəticəsində 24 əsgərin şəhid olduğunu dərin hüznlə öyrəndik. Bu dəhşətli terror aktını pisləyirik.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd edək ki, Pakistanın Xeybər-Paxtunxva əyalətinin şimal-qərbində polis məntəqəsində partlayış baş verib. Nəticədə 24 əsgər şəhid olub.