Türkiyədən Naxçıvana qaz tədarükü gündəmdədir – Pərviz Şahbazov

Hazırda əməkdaşlığımızın gündəmindəki məsələlərdən biri Türkiyədən Naxçıvana doğal qazın tədarükünə nail olmaqdır.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

Nazir qeyd edib ki, ötən ilin dekabrında imzalanmış sənədə əsasən İğdırdan Naxçıvana illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr doğal qaz daşımak həcminə malik boru kəməri çəkiləcək.


“Bu da Naxçıvanın qaz təchizatını şaxələndirməklə, enerji təhlükəsizliyini möhkəmləndirəcək.

Ümumiyyətlə, Türkiyə ilə birgə reallaşdıracağımız doğal qaz xətti Naxçıvan üzərindən Azərbaycan-Türkiyə əlaqələrinin dərinləşməsinə xidmət edəcək”, – P.Şahbazov deyib.