AB-nin “üzvlük həmrəyliyi” adı altında Kipr məsələsinə təktərəfli münasibəti, adanın hazırkı gerçəklərini gözardı etməsi problemlərin həlli üçün yeni zəmin yaranmasına əngəl törədir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş yenidən ATƏT Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilən Roberto Montellaya təbrik məktubunda bildirib.
Qurtulmuş Montellanın AP seçkilərindən öncə Baş Assambleyada baş tutan çıxışını xatırladıb:
“Çıxışınızda Türkiyənin “namizəd ölkə” statusuna istinad etməməyinizə, həmçinin Kipr məsələsi kontekstində bəyanatlarınıza görə təəssüf etdiyimi bildirmək istəyirəm. Bütün tərəflərin səylərini düzgün istiqamətə yönəltməsi və Kipr probleminin həllinə səmimi şəkildə töhfə verməsi vacibdir. Qarşıdakı dövrdə Avropa Parlamenti də daxil olmaqla, bütün AB qurumlarının Türkiyə ilə münasibətlərini öhdəliklərə sadiq qalmaq prinsipi çərçivəsində ədalətli və nəticəyönümlü bir yanaşma əsasında qurmalarını, əlaqələrimizi çıxmaza salan siyasət və müzakirələrdən qaçmalarını gözləyirik”, – deyə o bildirib.