Türkiyədən Laçınla bağlı – Açıqlama

Türkiyədən Laçınla bağlı – Açıqlama

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Laçın şəhəri, Sus və Zabux kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı açıqlama yayıb.

AzerTimes açıqlamanın mətnini təqdim edir:

“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq davam edən proses çərçivəsində Laçın şəhərinin, Zabux və Sus kəndlərinin bu gün Azərbaycana qaytarılmasından məmnun oldu

Ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində bu mühüm addım Azərbaycan-Ermənistan münasibətlərinə, eyni zamanda regional normallaşmaya töhfə verəcək.

Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək”.

Teqlər: