Türkiyədən İsveçə xəbərdarlıq: Mümkün olmayacaq!

Türkiyədən İsveçə xəbərdarlıq: Mümkün olmayacaq!

İsveçin NATO-ya daxil olması prosesi Türkiyənin terrorçu kimi tanıdığı təşkilatlara dəstək verdiyi müddətcə mümkün deyil.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Tvitterdə yazıb.

“Biz yenə açıq deyirik: terror təşkilatlarının fəaliyyətinə son qoyulmayana qədər ölkənin NATO-ya qəbulu prosesini irəli aparmaq mümkün deyil. Biz Stokholmda prezidentimizə qarşı törədilən bu mənfur hərəkətləri qəti şəkildə pisləyirik. Biz reaksiyamızı və gözləntilərimizi İsveç rəsmilərinə çatdırdıq. Belə hərəkətlərə qarşı konkret tədbirlərin görülməsi qanunun tələbidir və bizim üzərimizə düşən öhdəlikdir”, – Ərdoğanın sözçüsü əlavə edib.

Teqlər: