Günlərdir ayrı-seçkilik etmədən bombardmanlara məruz qalan, işıq, su və yeməkdən məhrum olan 2,5 milyonluq Qəzza əhalisinin son dərəcə məhdud bir ərazidə köç etməyə məcbur edilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və insanlıqda yeri yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
“İsrail ordusunun Qəzzanın şimalında yaşayan Fələstin əhalisinin 24 saat ərzində Qəzzanın cənubuna çəkilməli olduğu barədə açıqlaması heç bir şəkildə qəbuledilməzdir. Biz gözləyirik ki, İsrail bu ağır səhvi dərhal aradan qaldıracaq və Qəzzada dinc əhaliyə qarşı amansız və toplum hərəkətlərinə dərhal son qoyacaq”, – nazirlik bildirib.
Qeyd edək ki, İsrail hərbçiləri BMT-yə xəbərdarlıq edib ki, Qəzza zolağının şimal hissəsinin 1,1 milyon sakini 24 saat ərzində evlərini tərk etməlidir.