Rəfahda mümkün hərbi əməliyyat bütün dünyaya təsirini göstərəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib.
O bildirib ki, İsrail qoşunları zəbt etdiyi Rəfah sərhəd-keçid məntəqəsinin Qəzza hissəsindən dərhal geri çəkilməlidir:
“Qəzzada atəşkəsin təmin edilməsi və girovlarla məhbusların qarşılıqlı olaraq azad edilməsi ilə bağlı son təklifin Fələstin tərəfindən qəbul edilməsinin məmnuniyyətlə qarşıladıq”.