Pakistanın sabiq baş naziri İmran Xanı hədəf alan və bir nəfərin öldüyü sui-qəsdi şiddətlə qınayırıq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Bu mənfur hücumda həyatını itirən şəxsin ailəsinə səbr, hörmətli İmran Xana isə təcili şəfa diləyirik. Dost və qardaş Pakistanın sülh və sabitliyinə önəm verən Türkiyə hər zaman bu dövlətin yanında olmağa davam edəcək”, – bəyanatda bildirilib.