Türkiyə logistika imkanlarını yaxşılaşdırmaq üçün Gürcüstana ümumi dəyəri 405 min dollardan çox olan 8 mini ekskavator hədiyyə edib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin ərazisində texnikanın təhvil verilməsi mərasimi keçirilib. Tədbirdə Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze və Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Əli Kaan Orbay iştirak ediblər.
Qeyd edək ki, maddi-texniki yardım Gürcüstan və Türkiyə arasında 2019-cu ildə imzalanmış hərbi-maliyyə əməkdaşlığı haqqında saziş çərçivəsində həyata keçirilib.
2019-cu ildə Gürcüstan hökuməti ilə Türkiyə hökuməti arasında imzalanmış hərbi-maliyyə əməkdaşlıq sazişi Gürcüstan Müdafiə Nazirliyinin ehtiyacları üçün beş il müddətinə 100 milyon türk lirəsi qrantı nəzərdə tutur.