Türkiyədən Çinə yük daşıyan növbəti konteyner qatarı Bakı Limanına çatıb

28 iyun tarixindən Türkiyədən yola çıxan, Çinə mineral su və şokaladın daşındığı 41 ədəd 40 futluq konteyner qatarı bu gün Bakı Limanına çatıb.

Trend Bakı Beynəlxalq Dəniz Ticarət Limanına istinadən xəbər verir ki, səhər saatlarında limana çatan qatardan vaqonların ümumi yük anbarına boşaldılması işi, operativ şəkildə yerinə yetirilib. Bu yüklərin sabah limana yan alması nəzərdə tutulan Qazaxıstana məxsus “Barys” gəmisinə yüklənilməsi planlaşdırılır.

Yüklər Qazaxıstandan da dəmiryolu vasitəsi ilə Çinə daşınacaq. Orta dəhliz vasitəsi ilə daşınan bu yüklər, ümumilikdə 8 693 kilometr yol qət edərək təyinat nöqtəsinə çatacaq.


Teqlər: