Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir

Qonşularımız arasında mübahisələrin beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində, sülh yolu ilə dərhal həll edilməsinə tərəfdarıq. Ermənistanın ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməsini, atəşkəsə tam əməl etməsini və əməkdaşlığa qatılmasını istəyirik.

AzerTimes xəbər verir ki, bu ifadələr Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Təhlükəsizlik Şurasının növbəti iclası barədə rəsmi açıqlamada əksini tapıb.

Açıqlamada həmçinin mehriban qonşuluq və səmimi dostluğun əhəmiyyəti yüksək qiymətləndirilir və vurğulanır ki, Türkiyə Cümhuriyyətinin quruluşunun yüzüncü ildönümünü bütün sahələrdə olduğu kimi güclü iqtisadiyyatla qarşılamaqda qərarlıdır.

Bildirilir ki, PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla terrorun bütün tərəfləri ilə bundan sonra da sərt mübarizə aparılacaq və Türkiyə təhdid və təhlükələrə qarşı ölkə daxilində və sərhəd hüdudlarından kənarda əlavə tədbirlər alacaqdır. Liviyada davamlı sülh tərəfdarı olan Türkiyə Yunanıstanı gərginlik yaratmaq səylərindən çəkinməyə dəvət edib.

Teqlər: