Türkiyədən Britaniyaya 1,5 milyon qərənfil göndəriləcək

Türkiyədən Britaniyaya 1,5 milyon qərənfil göndəriləcək

Böyük Britaniyanın mərhum kraliçası II Yelizavetanın dəfn mərasimi üçün Türkiyədən çiçəklər sifariş edilib.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, Antalya və İspartadan krallığa ən azı 1,5 milyon ədəd qərənfil göndəriləcək.

Bildirilib ki, vaxt məhdudiyyətindən dolayı qərənfillər TIR-larla deyil, təyyarələrlə İngiltərəyə çatdırılacaq.

Belə ki, istehsalçılar bu böyük həcmli sifarişi zamanında yollamaq üçün işçilərin sayını yarıbayarı artırıb.

Teqlər: