Türkiyədən BMT sülhməramlılarına kəskin reaksiya

Türkiyədən BMT sülhməramlılarına kəskin reaksiya

Türkiyə Kipr üçün qarant ölkə kimi BMT-ni adanın yunan və türk icmalarına bərabər münasibət göstərməyə, Şimali Kiprin suverenliyinə hörmət etməyə çağırır.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Qarant ölkə olaraq biz BMT-nin sülhməramlı qüvvələrini adada iki tərəfə münasibətdə 60 ilə yaxındır Kiprdə həyata keçirdikləri missiyasına kölgə sala biləcək hərəkətlərdən və ritorikadan çəkinməyə, Şimali Kipr Türk Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, Kiprdə bufer zonada olan BMT sülhməramlı qüvvələri bölgədə yol işləri görən Kipr türklərinə qarşı kobud rəftar edib.

Teqlər: