Türkiyədən Azərbaycana xalça ixracı azalıb

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xalça
ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azaldaraq 2,2
milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld
Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyədən Azərbaycana xalça ixracatı 2021-ci ilin
eyni ayı ilə müqayisədə 13,3 faiz azalaraq 673 min dollar olub.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin
xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq
972 milyon dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 262 milyon dollar məbləğində xalça
ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 13,9 faiz
azdır.

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 3 milyard
dollar məbləğində xalça ixrac edib.

Teqlər: