Xəbər - Orxan Nəbiyev – Trend:
2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 4,81 milyon dollar təşkil edib.
Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Fevral ayında Türkiyə Azərbaycana 2,891 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 8,3 faiz çoxdur.
2021-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2020-cü ilin ilk iki ayı ilə müqayisədə 2,1 faiz artaraq 609,554 milyon dollara bərabər olub.
Son 12 ay ərzində (fevral 2020-ci il – fevral 2021-ci il) Türkiyə 3,77 milyard dollar məbləğində sement ixrac edib.